Qasım özünü gavalı ağacından asdı

8-07-2017, 00:05           

Xaçmazda günün 2-ci intiharı qeydə alınıb

Xaçmaz şəhər sakini, əvvəllər 3 dəfə məhkum olunmuş 39 yaşlı Firuz Ağarzayevdən sonra bu gün rayonun Yataqoba kənd sakini, 42 yaşlı Qasım Camal oğlu Ömərov özünü asıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, onun asılmış meyitini həyətdəki gavalı ağacından yoldaşı görüb və yaxınları hüquq-mühafizə orqanlarını məlumatlandırılıb. Hadisə yeri və meyid müayinə olunub.

Əldə etdiyimiz məlumata görə, Qasım Ömərov sərxoş həyat tərzi keçirib. Onun ağzına içki dəyən kimi, özünü öldürəcəyini deyirmiş, əvvəllər özünü bir dəfə bıçaqlayıb, bir dəfə qolunu kəsib. Bu dəfəki sərxoşluğunda dediklərini özünü asmaqla reallaşdıran Qasım Ömərov da, əvvəllər bir dəfə məhkum olunub.

Bir sözlə, bu gün Xaçmazda özünü asan iki sakinin ikisi də keçmiş məhkum olub. Xaçmaz prokurorluğunda bu fakta görə də CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb, zəruri istintaq tədbirlərinə start verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru