Gürcüstanın Oni şəhəri yaxınlığında yerli vaxtla saat 01:04-də 3,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Kavkazskiy uzel” saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kutaisi şəhərindən 68 km şimal-şərqdə, ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.