Gəncədə qadın kürəkəni tərəfindən bıçaqlanıb

11-07-2017, 02:50           
Gəncədə qadın kürəkəni tərəfindən bıçaqlanıb
Şəmkir sakini Gəncədə bıçaqlanıb.
APA-nın verdiyi məlumata görə, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə ,qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru