Abşeron rayonunda körpə bədbəxt hadisə nəticəsində sağ qalıb. "Report"un xəbərinə görə, Məhəmmədi qəsəbəsində nəzarətsiz vəziyyətdə qalan 2016-ci il təvəllüdlü Quliyev Hüseyn Ziya oğlu beşmərtəbəli binanın birinci mərtəbəsinin eyvanından yerə yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Körpə valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.