Bakıda “Neptun” supermarketlərindən birində yanğın olub

12-07-2017, 08:30           

Bakıda “Neptun” supermarketlərindən birində güclü yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın “28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.

Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru