Daha bir erməni hərbçi güllələndi

29-07-2017, 22:18           

Ermənistan ordusunun hərbçisi güllə yarasından ölüb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Noyemberyan rayonundakı döyüş mövqelərinin birində baş verib.

Tavuş vilayətinin Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silahdan açılan atəş nəticəsində ölüb. Müddətdən artıq xidmət edən hərbçinin ölümünün təfərrüatları müəyyənləşdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.