Kişi özünü 5-ci mərtəbədən atdı - FOTO

31-07-2017, 00:12           
Kişi özünü 5-ci mərtəbədən atdı - FOTO
Sumqayıtda intihar hadisəsi baş verib. Xeberle.com-un məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ev 29/4-də qeydə alınıb. Belə ki, şəhər sakini Xaqani Kazımov özünü 5-ci mərtəbənin eyvanından ataraq intihar edib.

Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib. X. Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir. İntihar zamanı o evdə tək olub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru