İntihar edən 51 yaşlı kişinin balaca qardaşı... - “Qadın da onu atıb getdi”
9-08-2017, 13:15
Balakəndə 51 yaşlı kişinin intiharının bəzi təfərrüatları məlum olub.
Qullar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Vaqif Papaxov son vaxtlar psixoloji problemlərdən əziyyət çəkirmiş:
“Bir neçə ay əvvəl onun özündən balaca qardaşı özünü asmışdı. Vaqif də onun intiharını görmüşdü. Bu gecə isə Vaqif özünü asıb. Onun iki ailəsi olub. Birinci ailəsindən ayrılmışdı. Sonra ikinci dəfə evləndi. Qadın da onu atıb getdi. Tək yaşayırdı. Birinci ailəsindən bir oğlu var, Bakıda işləyir. Son vaxtlar səhhətində problemlər yaranmışdı, beyni pozulmuşdu. Həmişə də spirtli içki qəbul edirdi”.
Balakən rayonunun Qullar kəndində intihar hadisəsi qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vaqif Sirac oğlu Papaxovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.