Aeroport yolunda DƏHŞƏTLİ QƏZA: Maşınlar TANINMAZ HALA DÜŞDÜ, yaralılar var

2-09-2017, 12:58           

Səhər saatlarında aerport yolunda dəhşətli qəza baş verib.

99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli "Mercedes Benz E-Class" markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər maşınlara çırpılıb. Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər "Mercedes Benz S-Class" zədələnib. Xəsarət alanların olduğu və bir nəfərin səhhətinin ağır olduğu bildirilir.

Qəza yerinə dərhal Yol Patrul əməkdaşları və Təcili Tibbi Yardım maşınları cəlb edilib. Hərəkət sözügedən istiqamətdə qismən məhdudlaşıb.

Təfərrüatı barədə məlumat veriləcək. /big












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru