Bakıda 9 yaşlı uşağı avtomobil vurub. "Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib. Belə ki, rayon ərazisində yolu keçən 9 yaşlı Sadıqov Sənan Sarvan oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. S. Sadıqov xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.