Müştərilərin hesabını öz cibindən ödədi VİDEO

6-09-2017, 12:38           

Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını ödəməli olub. “Bizimxeber” Xəzərxəbər-ə istinadən məlumat verir ki, Azərbaycan-San Marino (5-1) futbol yığmalarının oyunu zamanı komandamızın vuracağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.

Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru