ABŞ-da məktəbdə atışma olub. "Report"un məlumatına görə, bu barədə "CBS" telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə İllinoys ştatında, Mettun şəhərində baş verib. İnsident zamanı 1 nəfər xəsarət alıb. Şagirdlər yaxınlıqdakı ibtidai təhsil müəssisəsinə təxliyyə ediliblər. Yaralının vəziyyəti barədə məlumat verilmir. Polis faktla bağlı 1 nəfəri saxlayıb.