Kürün səviyyəsi 1 metr qalxdı

6-10-2017, 08:45           
Kürün səviyyəsi 1 metr qalxdı
Kür çayında suyun səviyyəsi qalxıb.

Report xəbər verir ki, buna son günlər ölkə ərazisində yağan intensiv yağışlar səbəb olub.

Artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.

Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru