Ermənistanda narkotik istehsalı laboratoriyası aşkarlanıb

8-10-2017, 11:42           
Ermənistanda narkotik istehsalı laboratoriyası aşkarlanıb
Ermənistan polisi sentyabrın 25-də narkotik istifadəçisi olan 25 yaşlı İrəvan sakinində xeyli miqdarda narkotik maddələr aşkarlayıb. APA-nın erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, polisin son günlər ərzində apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin mənbəyi müəyyən edilib. İstintaq narkotik vasitələrin istehsalı, emalı və satışı şəbəkəsini ifşa edib. Armavir şəhər sakininin evinə baxış zamanı narkotik istehsalı laboratoriyası aşkarlanıb. İstintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru