Bakıda qəribə avtomobil peyda oldu - FOTO

24-10-2017, 12:37           
Bakıda qəribə avtomobil peyda oldu - FOTO
Paytaxtda fərqli nömrə nişanına malik avtomobil görülüb.

Metbuat.az bildirir ki, üzərində Ağdam yazılan avtomobil bir müddət öncə paytaxtın Tiblisi prospektində görüntülənib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, maşının qeydiyyat şəhadətnaməsində dövlət nömrə nişanının yerinə Ağdam yazılıbsa, deməli o nömrə qanunidir. Lakin bizim ölkəmizdə deyil:

“Bəzi ölkələrdə dövlət qeydiyyat nişanı verilərkən sürücünün arzu və istəyi nəzərə alınır. Avtomobili alan şəxsin arzusu nəzərə alınaraq, rüsum ödənildikdən sonra verilir. Verilmiş nömrə əsasında avtomobil idarə edilir. Bildiyim qədərilə, Ukrayna və Gürcüstanda avtomobil sahibinin arzusuna və onun ödədiyi vəsait hesabına, standarta uyğun dövlət nömrə nişanı verilir. Bu nömrə nişanları qeydiyyat şəhadatnaməsində öz əksini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ölkəmizə gətirilən və dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə bu tipli nömrələr verilmir. Bu nömrələr çox güman ki, xaricdə idarə edilən avtomobillərdir və onların qanunvericiliyində göstərilənlər kimidir. Avtomobil paytaxtda görülübsə, çox güman ki yol polisi tərəfindən saxlanılıb və öyrənilib. Yəqin ki, tranzit avtomobil kimi idarə edilib".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru