Cəlilabad rayonunda bıçaqlanma olub. Lent.az xəbər verir ki, rayonun Göytəpə şəhərində 1973-cü il təvəllüdlü İmanov Namiq Bəxtiyar oğlu mübahisə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Əhmədov Siyasət Baba oğlunu bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan 46 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. N.İmanov tutularaq istintaqa təhvil verilib.