Bakıda avtomobil 8 yaşlı uşağı vurub 26-01-2018, 09:06 Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Facebook-da paylaş