Bakıda qətl törətmiş keçmiş məhkum polisə silahlı müqavimət göstərərkən öldürülüb

26-01-2018, 14:17           

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatına görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürülüb.

Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru