Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb 27-01-2018, 09:27 Rusiyanın Perm diyarında fərdi evdə güclü yanğın baş verib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər. Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb. Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Facebook-da paylaş