Gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların 32-si “isti izlər”lə açılıb

27-01-2018, 10:09           
Gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların 32-si “isti izlər”lə açılıb
Azərbaycanın daxili işlər orqanlarının ötən gün qeydə aldıqları cinayət faktları və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Həmçinin axtarışda olduğuna görə 58 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru