"Vostok" gəmisinin axtarışlarına yenidən aviasiya cəlb olunacaq

28-01-2018, 09:19           
"Vostok" gəmisinin axtarışlarına yenidən aviasiya cəlb olunacaq
Bazar günü yanvarın 25-də Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisinin axtarışları üzrə əməliyyatlar gəmi və aviasiyanın köməkliyi ilə davam etdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Vladivostok Xilasetmə və Koordinasiya Mərkəzinin nümayəndəsinə istinadən "İnterfax" məlumat yayıb.

"Bazar günü axtarışlara yenidən aviasiyanın qoşulması planlaşdırılır", - deyə həmsöhbət bildirib.

Əməliyyatlara "Spasatel Zaborşikov" xilasetmə yedəyi, "Kunaşir" teploxodu və "Okean" trauleri cəlb olunub.

"Vostok" gəmisi yanvarın 25-də yoxa çıxıb. Rusiyanın Primorski vilayətinin Posyot limanından 50–70 mil aralıda gəminin qəza sıqnalı işə düşüb. Onun göyərtəsində 20 nəfər, eləcə də iki azərbaycanlı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru