Hindistanda avtobus çaya aşıb, 36 nəfər ölüb

30-01-2018, 08:20           
Hindistanda avtobus çaya aşıb, 36 nəfər ölüb
Hindistanın Qərbi Benqal ştatında avtobusun çaya aşması nəticəsində azı 36 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Times of India" nəşri yazıb.

Nəqliyyat vasitəsində ümumilikdə 56 nəfərin olduğu bildirilir.

Nəşr yazır ki, hadisə zamanı sürücü mobil telefonla danışıb və sərnişinlərin bununla bağlı iradlarına məhəl qoymayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.