Əfv komissiyasının iclası keçirilib 30-01-2018, 21:00 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.APA-nın xəbərinə görə, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir. Facebook-da paylaş