Qazaxıstanda sutka ərzində ikinci zəlzələ baş verib 19-02-2018, 09:29 Fevralın 19-da, yerli vaxtla saat 07.01-də Qazaxıstanın şərqində 4,0 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Təkəli şəhərindən 69 km cənubda, ocağı isə 1 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Qeyd edək ki, ötən gün Qazaxıstanın şərqində 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Facebook-da paylaş