ABŞ-da təyyarə avtomobil yoluna eniş edib- VİDEO 19-02-2018, 09:31 ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə avtomobil yoluna məcburi eniş edib. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə Morqan Hill şəhəri yaxınlığında qeydə alınıb. Təyyarəni idarə edən pilot zərər çəkməyib. İlkin ehtimala görə, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub. Faktla bağlı ABŞ Mülki Aviasiya İdarəsi tərəfindən araşdırma aparılır.[media=https://www.youtube.com/watch?v=XAQ4JzAOyUk] Facebook-da paylaş