Müdafiə nazirliyinin «öldü» dediyi şəxs sağ-salamatdır… — MÜƏMMA

4-04-2015, 16:20           
Müdafiə nazirliyinin «öldü» dediyi şəxs sağ-salamatdır… — MÜƏMMA Müdafiə Nazirlıiyinin açıqlamasında bildirilir ki, “31 martda gecə 3 nəfər mülki şəxs döyüş sursatlarının olduğu güman edilən N saylı hərbi hissənin ərazisinə daxil olub”.

Onlardan ikisi mühafizəçilərin əmrinə tabe olaraq saxlanılıb.

Üçüncü şəxs isə hətta xəbərdarlıq atəşinə baxmayaraq qaçmaqda davam edib.

Nəticədə Abşeron rayonunun “Xaşaxuna bağları” adlanan ərazisində yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu güllələnib və xəstəxanada keçinib. (сontact.az).

Məlumatı dəqiqləşdirmək üçün dəfələrlə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd elədik. Ancaq nəticə olmadı.

Onda biz Şahverdiyevlər ailəsi ilə əlaqə saxlamaq qərarına gəldik. Və bu məqsədlə telefon məlumat kitabçasından Xaşaxuna qəsəbə sakini Zəfər Şahverdiyevin telefonunu öyrənərək əlaqə saxladıq.

Ailə üzvləri bizə bildirdi ki, Zəfər Şahverdiyev ölməyib və sağ-salamatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru