İstanbulda Rusiya vətəndaşları saxlanılıb

6-03-2018, 08:19           
İstanbulda Rusiya vətəndaşları saxlanılıb
Türkiyənin İstanbul şəhərində dörd Rusiya vətəndaşı saxlanılıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiyanın İstanbuldakı Baş Konsulluğunun mətbuat katibi Sergey Losev xəbər verib.

O, qeyd edib ki, Rusiya vətəndaşları qadağan olunmuş əşyaları daşıdıqlarına görə saxlanılıblar. Saxlanılanlardan ikisi həbs edilib.

S.Losev həmçinin əlavə edib ki, baş konsulluq saxlanılanlarla və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru