Azərbaycanlı qadına Malayziyada yüksək titul verildi - FOTO

16-03-2018, 08:18           

Malayziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı "PMW/ Datuk Panglima Mahkota Wilayah” "cəngavər” titulu ilə təltif edib.
teref.az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı xanım Malayziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.

Təntənəli mərasim Kuala-Lumpurun "İstana Neqara” kral sarayında baş tutub.

Qeyd edək ki, Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru