ABŞ və Cənubi Koreya aprelin 1-də birgə hərbi təlimləri bərpa edəcəklər

20-03-2018, 09:37           

ABŞ və Cənubi Koreya Pxençxan Qış Olimpiya Oyunları zamanı dayandırılan birgə hərbi təlimləri aprelin 1-də davam etdirəcəklər.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Şimali Koreya tərəfi hərbi təlimlərin bərpası ilə bağlı məlumatlandırılıb

Bundan əlavə, Pentaqon qeyd edir ki, təlimlər "ötən illərdəki kimi miqyasda, həcmdə və müddətdə keçiriləcək".

"Foal Eagle" təlimlərində 11,5 min ABŞ və 290 minə yaxın Cənubi Koreya hərbi qulluqçusu iştirak edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.