Gəncədə "BMW" maneəyə çırpılıb, 2 nəfər həlak olub

20-03-2018, 09:38           
Gəncədə "BMW" maneəyə çırpılıb, 2 nəfər həlak olub
Göygöldə ağır yol qəzası baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göygöl rayonu ərazisində ”BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılması barədə məlumat daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən 23.03.1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru