Azərbaycanlı fəhlələrlə türkiyəli fəhlələr arasında DAVA — yaralananlar var

4-04-2015, 16:22           
Azərbaycanlı fəhlələrlə türkiyəli fəhlələr arasında DAVA — yaralananlar var Nərimanov İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumdan «Qafqazinfo»ya bildirilib ki, əslində hadisə başqa zəmində baş verib. Sözügedən tikintidə heç bir aksiya olmayıb, sadəcə fəhlələr yemək növbəsində olarkən azərbaycanlı fəhlələrlə türklər arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Hadisə zamanı 4 azərbaycanlı, 2 türkü döyüb. Hazırda həmin döyülən türkiyəli fəhlələr xəstəxanaya yerləşdirilib. Onlara xəsarət yetirən iki azərbaycanlı isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci bölməsində cinayət işi açılıb.

İcra hakimiyyəti fəhlələrin bir neçə aydır maaş almaması ilə bağlı xəbərə də açıqlama verib. Bildiriblər ki, həmin tikintidə, ümumiyətlə, əmək haqqı ilə bağlı heç bir problem yoxdur.

Qeyd edək ki, virtualaz.org saytı bu barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, “İLK İnşaat” tikinti şirkətinin onlarla işçisi işə çıxmaqdan imtina edib. Onlar etiraz aksiyası keçirir. Fəhlələr bir neçə aydır maaş ala bilməmələrindən narazıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.