Bərkdən xoruldayan qadını palata qonşusu öldürdü

4-04-2015, 16:23           
Bərkdən xoruldayan qadını palata qonşusu öldürdü Rostov vilayətinin Samarskoe kəndindəki xəstəxanasının əməkdaşları aprelin 1-də gecə palatada 74 yaşlı pasiyentin meyitini aşkarlayıblar.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın insult keçirəndən sonra komaya düşüb və bir neçə həftə həkimlərin nəzarətində olub. İlkin ehtimala görə, pensiyaçını palatadakı qonşusu, 34 yaşlı Miqunov öldürüb.
“Gənc adam həmin palataya martın 31-də sətəlcəm diaqnozu ilə yerləşdirilib. O, gecə bıçaqla pasiyenti öldürüb”, — xəstəxanadakı mənbə deyib.

Araşdırma zamanı məlum olub ki, 34 yaşlı pasientin psixi cəhətdən heç bir problemi yoxdur. İlkin məlumata görə, qətlə səbəb pensiyaçının bərkdən xoruldaması və Miqunovun istirahətinə mane olmasıdır.

Pensiyaçının qohumları da hesab edirlər ki, 34 yaşlı kişi onu bərkdən xoruldamasına görə öldürüb.

Məlumatda qeyd edilir ki, hazırda saxlanılan şəxs qadının boğazını kəsməklə öldürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru