İşdən atıldığı deyilən Eldar Əzizov mətbuata açıqlama verdi: - XƏBƏRİM YOXDUR
2-09-2015, 11:17
Dünən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, Eldar Əzizov vəzifəsindən azad olunaraq, Bakının Nizami rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bu məsələ ilə əlaqədar FaktXəbər Eldar Əzizovun münasibətini öyrənib. Eldar Əzozov bildirdi ki, onun vəzifəsindən çıxarılması barədə məlumatı yoxdur: "Mən hazırda oturmuş Sumqayıt şəhər İcra Hakimiyyətində və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Bu, bəzi media orqanlarının növbəti dezinformasiyasıdır və heç bir əsası yoxdur."