Hüquq müdafiəçisi bıçaqlanıb - Bakıda OLAY

25-06-2018, 09:21           
Hüquq müdafiəçisi bıçaqlanıb - Bakıda OLAY
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu metronun Memar Əcəmi stansiyası yaxınlığından keçən Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb.

Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları istintaq araşdırmaları aparır.

C.Quliyev vəkil kimi fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru