Rusiyada ana imtahan verərkən, övladları maşında öldü

26-06-2018, 00:21           

Rusiyanın Rostov-na-Don bölgəsində ana imtahan verərkən, iki övladı avtomobildə ölüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı 161.ru saytı yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, ana yaş yarımlıq və üç yaşlıq qızlarını 12 yaşlı bacısının yanına qoyub.

Əvvəlcə uşaqlar həyətdə oynayıb, daha sonra uşaqlar maşına miniblər və ondan düşə bilməyiblər.

Uşaqların atasının hadisə zamanı harada olduğu məlum deyil.

Ana evə qayıdan zaman avtomobildə övladlarının cəsədini aşkar edib. Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru