Seulun hava limanında iki təyyarə toqquşub 26-06-2018, 08:41 Çərşənbə axşamı Seulun Kimpho beynəlxalq hava limanında "Korean Air" və "Asiana Airlines" aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazıb.Bildirilir ki, "Korean Air"in təyyarəsi qəza nəticəsində "Asiana Airlines" avialaynerinin qanadını zədələyib.Qəza zamanı təyyarələrdə sərnişin olmayıb. Facebook-da paylaş