Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

27-06-2018, 04:21           

Azərbaycanda zəlzələ baş verib.



APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.



Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.



Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.



Zəlzələ 3 bala qədər hiss olunub.



***** 02.31



Lənkəranda zəlzələ olub. APA-nın cənub bürosunun məlumatına görə, dağıntı və təlafat olmasa da, 3-4 bal gücündə olan təkanlar bir neçə saniyə davam edib.


Yaşayışı binalarında yaşayan bəzi sakinlər təşvişə düşərək evlərini tərk ediblər.



Zəlzələ ətraf rayonlarda da hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru