"Report"un yerli bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Cəsəd FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.