Daha bir intihar xəbəri...

28-06-2018, 20:09           
Daha bir intihar xəbəri...
Zaqatalada 47 yaşlı kişi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 15 radələrində rayonun Yengiyan kənd sakini, 1971-ci il təvəllüdlü Sərdar Kamal oğlu Məmmədovun meyiti yaşadığı kəndin inzibati ərazisində, ailəsinə məxsus fındıq bağında fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

Sərdar Məmmədovun hələlik istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru