Əflatun Amaşov deputatlığa namizəd olacaq

16-09-2015, 16:01           
Əflatun Amaşov deputatlığa namizəd olacaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərində deputatlığa namizədliyini verəcək. O, Modern.az-a açıqlamasında bu barədə düşündüyünü deyib. Onun fikrincə, Milli Məclisdə jurnalistika sahəsindən nə qədər çox deputat olarsa, mətbuatın, medianın indiki durumu, hansısa işlərin görülməsi, problemlərin daha asan həll edilməsi baxımından qərarların verilməsi mümkün ola bilər, addımlar atıla bilər: “Bu baxımdan, parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm”.

Əflatun Amaşov hansı seçki dairəsindən deputatlığa namizəd olacağını isə hələ dəqiqləşdirməyib: “Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru