“Ağıllı” zibil qabı təqdim edildi

2-08-2018, 08:18           
“Ağıllı” zibil qabı təqdim edildi
Qurğu avtomatik şəkildə qapağı açır və bağlayır, zibil paketlərini dəyişdirir və xoşagəlməz qoxunun yayılmasının qarşısını alır.
Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, Çin şirkəti tərəfindən təqdim edilmiş “ağıllı” zibil vedrəsi qapağı avtomatik açır və zibil paketlərini qablaşdırır, “GizmoChina” nəşri yazır.
Qurğunun çəkisi 3,5 kq, hündürlüyü 40 sm və tutumu 15 litrdir. İstifadəçi yaxınlaşdıqda zibil vedrəsinin qapağı avtomatik açılır. “Ağıllı” zibil vedrəsi zibil paketlərini qablaşdırır və paketləri özü dəyişdirə bilir. Qapaq hermetik olduğundan zibilin qoxusu yayılmayaraq həşəratları özünə cəlb etmir.
“Ağıllı” zibil vedrəsi 11 sentyabrda satışa çıxarılacaq. Qiyməti 29 dollar təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru