Gədəbəy sakini atasını döyərək ağır xəsarət yetirib

2-08-2018, 10:18           
Gədəbəy sakini atasını döyərək ağır xəsarət yetirib
Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. A.Məmmədhəsənov oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döyməyi xatırlamadığını deyib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru