Pakistanda avtobus neft daşıyan maşınla toqquşub, 14 nəfər ölüb

5-08-2018, 06:34           
Pakistanda avtobus neft daşıyan maşınla toqquşub, 14 nəfər ölüb
Pakistanın Kohat dairəsində baş verən yol qəzasında azı 14 nəfər ölüb, daha 34-ü yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü polisə istinadən "Dawn" qəzeti yazıb.

Nəşrin məlumatına görə, marşrut avtobusun sürücüsü neft daşıyan yük maşını ilə toqquşub. Hər iki nəqliyyat vasitəsi qəza zamanı aşıb.

Qəzanın səbəbləri hələ ki, məlum deyil. Yaralıların əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru