Hacı İbrahimin tikdirdiyi yaşayış binası YANIR

31-08-2018, 17:01           
Hacı İbrahimin tikdirdiyi yaşayış binası YANIR
Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Teref.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb.

Belə ki, söküntü ərazisində başlayan yanğın yaşayış binasına keçib, nəticədə binanın dam örtüyü və 3 mənzil yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısının alınması üçün tədbir görürlər.

Sakinlər qeyd edib ki, ərazidə tikinti işlərini iş adamı İbrahim İbrahimov (Hacı İbrahim) aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru