Balakəndə 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

3-09-2018, 06:46           
Balakəndə 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
Balakən rayonunda həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun İtitala kənd sakini, Fatimə Hacı qızı İsayevanın mənzilindən 4 ədəd qızıl boyunbağının, 3 ədəd qızıl qolbağın, 5 ədəd qızıl üzüyün, 5 cüt qızıl sırğanın, 3 ədəd gümüş boyunbağının, 2 cüt gümüş sırğanın, 3 ədəd gümüş üzüyün və 4 ədəd gümüş qolbağın (ümumilikdə 20 min manat dəyərində qızıl-zinyət əşyaları) oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsayevaya məxsus evdən qızıl-zinət əşyalarını oğurlayanların elə onun həmkəndliləri:- 1998-ci il təvəllüdlü Natiq Mehman oğlu Həsənov və 1997-ci il təvəllüdlü Nuru İsa oğlu Şabanov olduqları müəyyən olunub. N.Həsənov və N.Şabanov saxlanılaraq istintaqa təhvil veriliblər.

Onların F.İsayevanın evindən oğurladıqları qızıl-zinət əşyaları maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru