Salyanda QƏTL: Arvadına görə evində qonşusunu öldürdü (TƏFƏRRÜAT)

3-09-2018, 17:27           
Salyanda QƏTL: Arvadına görə evində qonşusunu öldürdü (TƏFƏRRÜAT)
03 Sentyabr 2018 [16:25]
Salyan rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Teref.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Səmədov Elgün Alek oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu qısqanclıq zəminində güllələyərək qətlə yetirib.

Hadisə E.Səmədovun yaşadığı evdə baş verib.

E.Səmədov R.Bağırovu evinə çağıraraq onu həyat yoldaşına qısqandığını deyib. Mübahisə nəticəsində E.Səmədov evində saxladığı "Я-6818" markalı yivsiz qoşalüləli ov tüfəngi ilə iki dəfə atəş açaraq R.Bağırovu ağır yaralayıb. Yaxınları tərəfindən xəstəxanaya aparılan R.Bağırov yolda dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru