Gəncədə yaşayış binasında yanğın: 15 sakin təxliyə olunub

4-09-2018, 07:24           
Gəncədə yaşayış binasında yanğın: 15 sakin təxliyə olunub
Gəncədə yaşayış binasında yanğın baş verib.

Trend-in FHNə istinadən verdiyi məlumata əsasən, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru