Sərhəddə əsgərimiin ölümünə səbəb olan sürücü HƏBS OLUNDU

4-09-2018, 10:46           
Sərhəddə əsgərimiin ölümünə səbəb olan sürücü HƏBS OLUNDU
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd buraxılış məntəqəsindəki yol qəzası ilə bağlı məlumat yayıb.

DSX-dən Trend-ə bildirilib ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü GR vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırmış və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurmuşdur.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat etmiş, hadisə zamanı 1 ədəd minik avtomobili əzilmiş və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilmişdir.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılmış və Qazax rayon polis şöbəsinə təhvil verilmişdir. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədər­ləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.