Azərbaycanda pul bazası kəskin azalıb 4-09-2018, 17:38 Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 8 318,2 mln. manat təşkil edib.“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 570,7 mln. manat və yaxud 6,4% azdır.Qeyd edək ki, ölkədə pul bazası 3 aylıq fasilədən sonra yenidən azalma nümayiş etdirir.İlin əvvəlinə nisbətən pul bazası 22,5 mln. manat və yaxud 2,6%, son 1 ildə isə 150,2 mln. manat və yaxud 1,8% azalıb. Facebook-da paylaş