Uqandada timsah ana və 5 aylıq körpəsini tutaraq suyun altına aparıb

5-09-2018, 07:09           
Uqandada timsah ana və 5 aylıq körpəsini tutaraq suyun altına aparıb
Uqandanın Albert gölünün sahilində timsah ana və 5 aylıq körpəsini tutaraq suyun altına aparıb.

Trend-in məlumatına görə, qadın göldən su doldurarkən timsah sudan çıxaraq onu tutub və suyun altına aparıb. Yerli sakinlər kömək etməyə çalışsada ana və körpəsini xilas edə bilməyiblər.

Qadının və onun körpəsinin cəsədlərini tapmaq mümkün olmayıb.

Qeyd edilir ki, həlak olan qadının 2-10 yaş arası 3 uşağı qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.